21 fevral 2022 19:18
699

İdman jurnalistləri arasında şahmat yarışı keçiriləcək

Fevralın 27-də 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı keçiriləcək.

“İki sahil” xəbər verir ki, “İdman birləşdirir” şüarı altında baş tutacaq yarış 9 turdan ibarət olacaq.

Reqlamentə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.

İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr veriləcək.

Yarış Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.