Konfrans Liqasının 1/16 finalının cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Marsel” Bakıda dəstəksiz qalmayacaq.
“İki sahil” xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, Fransa təmsilçisini dəstəkləmək üçün 150-200 arası azarkeş paytaxtımıza gələcək. O, viza məsələsinə görə dəqiq say bilinməsə də, 150-dən artıq azarkeşin Azərbaycana gələcəyini bildirib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.