Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Super Liqa təmsilçisini Bülənt Korkmaz çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qara Dəniz təmsilçisi 53 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.
Bir vaxtlar "Bakı"nı çalışdıran Bülənt Korkmazın son iş yeri "Alanyaspor" olub.
Qeyd edək ki, "Rizəspor" Super Liqanın 26-cı turunda "Başakşəhər"ə 0:2 hesablı məğlubiyyətdən sonra Hamza Hamzaoğlunu istefaya göndərmişdi.