21 fevral 2022 14:16
568

Xocalı soyqırımına həsr olmuş idman yarışı

Masallıda taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində baş tutan bu yarış Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunub. Yarışa 2008-2009-2010-cu il təvəllüdlü 10 çəki dərəcəsində 100 nəfərə yaxın yeniyetmə qatılıb.

Yarışın əvvəlində Vətən müharibəsi və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirin açılışında Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançıları salamlayıb, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı taekvondo yarışın təşkilində əsas məqsədin Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutmaq , uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmlənməsi, həmçinin rayonda idmanın kütləviliyinin təminindən ibarət olduğunu bildirib.

İki gün davam edən, olduqca gərgin mübarizə şəraitində keçən yarışda qalib gəlmiş idmançılar tutduqları yerə görə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok, medallara layiq görülüblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü