21 fevral 2022 13:49
505

Renat Portuqaliyada növbəti oyuna çıxdı

Millimizin hücumçusu Renat Dadaşov Portuqaliya çempionatında növbəti (22-ci) oyuna çıxıb.

“İki sahil” xəbər verir ki, onun komandası “Tondella” 23-cu turda “Braqa”nı qəbul edib. Görüş 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. R.Dadaşov meydana əsas heyətdə daxil olub, 68-ci dəqiqədə Juan Boselli ilə əvəzlənib.

Qeyd edək ki, aktivində 23 xalı olan “Tondela” hazırda 18 komanda arasında 16-ci yeri tutur.