21 fevral 2022 10:42
481

Obameyanq unikal nailiyyətə imza atıb

“Barselona”nın futbolçusu Pyer-Emerik Obameyanq unikal nailiyyətə imza atıb.

“İki sahil” xəbər verir ki, qabonlu hücumçu “Böyük beşlik” liqalarının dördündə het-trik imza atmağa nail olub.

O, XXI əsrdə Fransa, Almaniya, İngiltərə və İspaniya çempionatlarında bunu bacaran ilk oyunçudur. Obameyanq La Liqadakı ilk het-trikini “Valensiya” ilə görüşdə (4:1) rəsmiləşdirib.

“Yarasalar”la matçda 32 yaşlı afrikalı 2 qola imza atıb dubla sevinib. Lakin sonradan Pedrinin vurduğu qolun müəllifi dəyişdirilərək Obameyanqa yazılıb.

Qeyd edək ki, “Arsenal”la müqaviləsinə xitam verilən Obameyanq “Barselona”ya azad agent kimi keçib və 2025-ci ilədək müqavilə imzalayıb.