21 fevral 2022 04:23
809

Mahir Emreli derbidə oynamadı

Futbol üzrə Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Zaqreblilər bu oyundan qolsuz ayrılıblar – 0:0.

Mahir bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.