20 fevral 2022 19:21
512

“Zirə” “Sabah”ı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun sonuncu qarşılaşmasında “Zirə” “Sabah”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda ev sahibləri Hamidu Keytanın 63 və 90+3-cü dəqiqlərində vurduğu qollarla (2-0) qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü isə mayın 12-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

16-cı tur

20 fevral (bazar)

17:00. “Zirə” 2–0 “Sabah”

Qol: Hamidu Keyta, 63 (1:0), 90+3 (2:0)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

19 fevral (şənbə)

“Neftçi” 3–1 “Keşlə”

“Qəbələ” 2– “Səbail”