20 fevral 2022 17:50
537

90 dəqiqə oynadı, topa cəmi 7 dəfə toxundu

İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku antirekord müəllifi olub.

“İki sahil” xəbər verir ki, belçikalı hücumçu "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçında topa cəmi 7 toxunuş edib.

Matça start heyətində başlayan təcrübəli futbolçu oyunu əvəzlənmədən keçirib. Bu, məlumatların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən ilin yayında İtaliya "İnter"indən keçib.