20 fevral 2022 13:54
687

Messi üçün yubiley oyunu

PSJ-nin futbolçusu Lionel Messi yubiley matçına çıxıb.

“İki sahil” xəbər verir ki,  35 yaşlı hücumçu Fransa çempionatının son turunda "Nant"la görüşdə klub səviyyəsində 800-cü matçına çıxıb. O, "Barselona"da 785, PSJ-də isə 15 oyun keçirib.

Argentinalı futbolçu bu oyunlarda 679 qol vurub, 273 məhsuldar ötürmə edib.