Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turu çərçivəsində “Neftçi” “Keşlə”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, “Bakcell Arena”da keçirilən qarşılaşmanın 21-ci dəqiqəsində Sezar Meza Kolli hesabı açıb. 4 dəqiqə sonra – 26-cı dəqiqədə isə Stankoviç fərqlənərək hesabı 2-0 edib. Qarşılaşmanın 44-cü dəqiqəsində isə Ramin Nəsirli fərqi 3 topa çatdırıb.
Qarşılaşmanın 90+3-cü dəqiqəsində Felipe Santos “Keşlə”nin təsəlli qolunu vurub.
Azərbaycan Premyer Liqası
16-cıtur
19 fevral (şənbə)
17:15. “Neftçi” 3–1 “Keşlə”
Qol: Sezar Meza Kolli, 21 (1:0), Stankoviç, 26 (2:0), Ramin Nəsirli, 44 (3:0), Felipe Santos, 90+3 (3:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Bakcell Arena”