19 fevral 2022 18:58
791

Ronaldo "Bavariya"ya keçir?

"Bild" nəşri “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun karyerasını Almaniya Bundesliqasında davam etdirə biləcəyini yazıb.

“İki sahil” xəbər verir ki, yazılana görə, "Bavariya" "Mançester Yunayted"dən ayrılacağı iddia edilən 37 yaşlı oyunçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir. Münhen təmsilçisi artıq agent Xorxe Mendes vasitəsi ilə Ronaldo ilə əlaqə saxlayıb və futbolçu ilə əməkdaşlıq etmək istədiklərini açıqlayıb.

Qeyd edək ki, Kriştianonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Hücumçu bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 15 qol vurub və 3 qolun ötürməsini verib.