Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.
“İki sahil” xəbər verir ki, turun ilk qarşılaşması Qəbələdə baş tutub.
Bakının “Səbail” komandasını qəbul edən “Qəbələ” 78-ci dəqiqədə Ülvi İsgəndərovun, 90+7-ci dəqiqədə isə İsnik Aliminin qolları ilə qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
16-cıtur
19 fevral (şənbə)
15:00. “Qəbələ” 2–0 “Səbail”
Qol: Ülvi İsgəndərov, 78, İsnik Alimi, 90+7
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu