19 fevral 2022 16:00
687

Azərbaycanın həndbol hakimləri daha bir nüfuzlu yarışa təyinat alıblar

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, referilər Ernest və Emil Ağakişi Avropa Həndbol Federasiyası kuboku turnirində Rusiyanın qadınlardan ibarət “Lada” və Norveçin “Storhamar” komandalarının görüşünə təyinat alıblar. Onlar Tolyatti şəhərinin “Olimp” arenasında təşkil ediləcək görüşdə söz sahibi olacaqlar.

Gərgin idman mübarizəsi vəd edən qarşılaşma fevralın 20-də keçiriləcək.

Qeyd olunub ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə növbəti təyinatıdır. Bu hakimlərimizin beynəlxalq turnirlərdə zəngin təcrübəsi var.