19 fevral 2022 08:08
468

APL: XVI tur start götürəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

“İki sahil” ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qəbələ” "Səbail"i qəbul edəcək.

Günün ikinci matçında isə "Neftçi" "Keşlə"ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XVI tur

19 fevral

15:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu

 

17:15. “Neftçi” – “Keşlə”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bakcell Arena”

Qeyd edək ki, XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.