İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
“İki sahil” xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha bir təmsilçisi tatamiyə çıxıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulub.

24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov yarımfinala adlayıb.
Yarımfinalda israilli Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradan Hidayət Heydərov finala çıxıb.
Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.