18 fevral 2022 16:58
759

"Sabah"dan yeni transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi Boyan Letiçlə mövsümün sonuna kimi müqavilə bağlanıb.

29 yaşlı futbolçu karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.