18 fevral 2022 16:25
773

Ağır Atletika Federasiyasında seçki keçiriləcək

Azərbaycan Ağır Atletika Federasiyasının hesabat-seçki konfransı keçiriləcək.

“İki sahil” xəbər verir ki, tədbir sabah saat 10:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında olacaq. Yığıncaqdan dərhal sonra mətbuat konfransı təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan Ağır Federasiyasının hazırkı prezidenti "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovdur.