17 fevral 2022 16:51
447

Xayme qayıdır

İspaniyada zədədən sonra bərpa prosesi keçən “Qarabağ”ın futbolçusu Xayme Romero ölkəsini tərk edib.

“İki sahil” xəbər verir ki, tam hazır olan 31 yaşlı oyunçu Albasete şəhərindən Marselə gedib. O, komandanın Konfrans Liqasının pley-off mərhələsində bu gün "Marsel"ə qarşı keçirəcəyi ilk oyunu tribunadan izləyəcək və daha sonra komanda ilə birlikdə Bakıya qayıdacaq. 

Xayme "İnstagram" səhifəsində İspaniyadakı bərpa prosesi ilə bağlı paylaşım edib: “Korreoso, Sergio Sama, Eme Madriqala təşəkkür edirəm. Hər zaman pis durumlardan yaxşı işlər ortaya çıxır. Ömürlük dostlarım. Mənə göstərdiyiniz münasibətə görə sizə təşəkkür edirəm”.

Qeyd edək ki, Romero  Konfrans Liqasının 1-ci turunun “Bazel”lə görüşünün ilk yarısında zədələnmişdi.