17 fevral 2022 14:42
542

Fransa tərəfi “Qarabağ”ın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görəcək

UEFA Konfrans Liqası çərçivəsində Ağdamın “Qarabağ” futbol klubu ilə Marsel şəhərinin “Olimpik Marsel” (OM) klubu arasında cari ilin 17 fevral tarixində Marsel şəhərində baş tutacaq ilk qarşılaşmada təmsilçimiz və azərbaycanlı azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyi tərəfindən aidiyyəti qurumlar, eləcə də “Olimpik Marsel” ilə müvafiq iş aparılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, qarşı tərəf klub və azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.