17 fevral 2022 15:05
525

Azərbaycanlı futbolçu Nepal çempionu oldu

Azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Maçhindra” ilə  Nepal çempionu olub.

“İki sahil” xəbər verir ki, komanda “Satdobato"ya 1:0 hesabı ilə qalib gəlib və yarışın bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Görüşdə yeganə qolu N.Novruzov vurub.

Bundan başqa, 28 yaşlı hücumçu turnirin ən dəyərli oyunçusu seçilib.