Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, qarşılaşmaların hamısı eyni gündə gerçəkləşəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada oynanlacaq. "Barselona" İtaliya "Napoli"sinin müqavimətini qırmağa çalışacaq.
17 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsi
21:55. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
21:55. "Zenit" (Rusiya) - "Betis" (İspaniya)
21:55. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)
21:55. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)
Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.