17 fevral 2022 10:51
566

ÇL-də həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"İki sahil"ə UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında Kilian Mbappe (PSJ), Bernardu Silva ("Mançester Siti"),  Məhəmməd Kamara ("Zalsburq") və Vircil van Deyk ("Liverpul") var. 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.