16 fevral 2022 17:07
509

Ronaldo dünya rekordunu təkrarladı

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo əfsanəvi braziliyalı oyunçu Romarionun rekordunu təkrarlayıb. 

"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna ötən gecə Premyer Liqanın 18-ci turunun təxirə salınmış görüşündə - "Brayton"la matçda (2:0) fərqlənməklə nail olub. O, klub karyerasında 689-cu qolu vurub.

Ronaldo bununla da əfsanəvi braziliyalı Romarioya məxsus dünya rekordunu təkrarlayıb. 

Qeyd edək ki, Kriştiano “Sportinq”də 5, “Mançester Yunayted”də 133, “Real”da 450, “Yuventus”da 101 qol vurub.