“Mançester Yunayted”in qapıçısı David de Xea komandanın sabiq qolkiperi Peter Şmeyxelin rekordunu təkrarlayıb.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu buna ötən gecə Premyer Liqanın 18-ci turunun təxirə salınmış görüşündə - “Brayton”la qarşılaşmada qapısını toxunulmaz saxlamaqla nail olub. Beləliklə, o, yerli çempionatda qol buraxmadığı görüşlərin sayını 128-ə çatdırıb. Bununla da De Xea 1991-1999-cu illərdə “qırmızı şeytanlar”da oynamış Şmeyxelin rekordunu təkrarlayıb.
Qeyd edək ki, ötən gecə “Mançester Yunayted” “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.