"Real"ın futbolçusu Kazemiro Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyununu buraxacaq.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb onun cəzalı duruma düşməsidir. Braziliyalı yarımmüdafiəçi Paris təmsilçisi ilə ilk matçda (0:1) sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "Real" - PSJ cavab görüşü martın 9-u keçiriləcək.