16 fevral 2022 11:30
585

Qvardiola: "Sportinq"lə aramızdakı fərq 5:0 deyil

"Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Pep Qvardiola ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Sportinq"i (Portuqaliya) darmadağın etdikləri matçı (5:0) şərh edib. 

“İki sahil” xəbər verir ki, 51 yaşlı mütəxəssis "şəhərlilər"in oyunundan razı qalmadığını bildirib: "Məni səhv başa düşməyin, amma biz daha yaxşı çıxış edə bilərdik. Ən yaxşı oyunumuz bu deyildi. Bəzi futbolçularımızın çox aşağı səviyyədə oyun nümayiş etdirdi. Topu asanlıqla itirirdik. "Sportinq"lə aramızdakı fərq 5:0 deyil. 1/4 finala adlamaq üçün cavab oyununda da qalib gəlmək istəyirik". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u Mançesterdə keçiriləcək.