Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında qısa proqramda çıxışını başa vurub.
O, 61.82 xalla ilk 24 idmançı arasında yer alaraq sərbəst proqrama vəsiqə qazanıb.
Y.Ryabova fevralın 17-də sərbəst proqramda mübarizəsini davam etdirəcək
Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.
***
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə start verib.
“İki sahil” xəbər verir ki, 19 yaşlı idmançı qısa proqramda məharətini göstərməyə başlayıb.
Ryabova Bakı vaxtı ilə saat 14:00-da start götürən yarışda buz üzərinə 24-cü çıxıb.
Konkisürən ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.