Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) karyerası ərzində ən çox qol vuran müdafiəçilərin siyahısını açıqlayıb.
"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, 12 futbolçunun olduğu cədvəldə 1-ci yerdə “Barselona”nın və Niderland millisinin keçmiş oyunçusu Ronald Kumandır. 59 yaşlı sabiq müdafiəçi 253 qola imza atıb.
Argentina yığmasının və “River Pleyt”in keçmiş üzvü Daniel Passarella 175 qolla 2-ci, İspaniya millisinin və “Real”ın sabiq oyunçusu Fernando Yerro isə 170 qolla 3-cüdür.
Karyerası ərzində ən çox qol vuran müdafiəçilər:
1. Ronald Kuman – 253 qol
2. Daniel Passarella – 175 qol
3. Fernando Yerro – 170 qol
4. Serxio Ramos – 128 qol
5. Roberto Karlos – 124 qol
6. Lauren Blank – 124 qol
7. Edqardo Bauza – 111 qol
8. Manfer Koltz – 110 qol
9. Sinişa Mixayloviç – 109 qol
10. Bruno Pezzey – 105 qol
11. Hans-Yürgen Dörner – 105 qol
12. Markus Tulio Tonaka – 104 qol