KÖŞƏ

Mahir Rəsuloğlu

Qaytarın xalçalarımızı!

11 fevral 2022 02:38
1269

Künc zərbəsi

Ermənilərin Şuşadan oğurlayıb apardıqları mədəni irs nümunələrimiz və digər saxtakarlıqları haqqında...

Bu, artıq şərəfsizliyin, ləyaqətsizliyin son həddidir. Qarabağda yaşamış Vardan Astsatryan adlı quldur Birinci Qarabağ müharibəsi zamanı dədə-baba yurdlarından zorla didərgin salınmış azərbaycanlıların, əsasən də Şuşa və ətraf kəndlərin sakinlərinin evlərindən oğurladıqları qədim xalçalarımızın kolleksiyasını İrəvanda “erməni xalçaları” kimi sərgiləməyə yer axtarır. Vətən müharibəsi başlayan zaman xalçaları Ermənistana aparan V.Astsatryan indi hökumətdən həmin xalçaların muzeylərdə nümayiş etdirməsinə şərait yaradılmasını istəyir. Kolleksiyanın “sahibi”nə bir neçə muzey təklif olunub, lakin xalçaların qorunub saxlanmasında problemlər olduğu üçün təklif olunan variantlardan imtina edib. Təəccüblü deyil ki, V.Astsatryanın həyasızcasına “Şuşi xalçaları” adlandırdığı (ermənilər özləri də qədim şəhərimiz Şuşada yaşamadıqlarını bir neçə dəfə etiraf ediblər. Yaşamadığınız bir yerin sənət əsəri necə sizin ola bilər?) ekspozisiya üçün ölkənin ən məşhur muzeylər təklif olunur, yəni, onun bu insanlığa sığmayan cinayətinə Ermənistan hökuməti də dəstək verməkdədir. Ölkə parlamentində təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan “Hayastan” blokunun deputatı Elinar Vardanyanın sualını cavablandırarkən deyib ki, xalça kolleksiyasının “sahibi” onları ən yaxşı muzeylərdə nümayiş etdirmək üçün dəvət olunub, lakin o, qəbul etməyib: “Əlbəttə ki, yeni muzey tikmək olar, lakin indi biz mövcud muzeylərdə ekspozisiyaların nümayişinə doğru gedirik. O səbəbdən ki, xalçaları orada daha çox adam görəcək.” Xzmalyan V.Astsatryan ilə müzakirələrin getdiyini və artıq müəyyən razılaşmaların olduğunu bildirib.

Erməni mətbuatının yazdıqlarından bəlli olur ki, qədim xalçalarımız daha əvvəl İrəvanda Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda sərgilənib. Lakin 2021-ci il dekabrın sonunda Astsatryana bildiriblər ki, sərgi sonsuzluğa qədər davam edə bilməz və xalçaları çıxarmaq lazımdır. Nazirlik ona xalçaları Ermənistanın Tarix Muzeyinə, Sardarapatdakı memorial kompleksdə yerləşən Erməni Etnoqrafiya Muzeyinə və ya Ovannes Şarambeyan adına xalq sənəti muzeylərindən birinə daşımağı təklif edib. Astsatryan isə yerli mətbuata müsahibəsində bildirib ki, o, bu təklifləri qəbul etmir, çünki təklif edilən birinci muzey hazırda təmir olunur, digərlərinin anbarlarında da xalçalar üçün təhlükəli güvələrə rast gəlinir...

Oğurluq qanında, genində, soysuz kökündə olan ermənilər onilliklər ərzində təkcə tarixi torpaqlarımızı işğal etməyib, həm də mədəni irs nümunələrimizi, musiqimizi, milli mətbəximizə məxsus yeməkləri, şirniyyat növlərini oğurlamağa, özününküləşdirməyə çalışıblar. Oğurlaya bildiklərini oğurlayıb, oğurlayıb apara bilmədiklərini isə saxtalaşdırıb, bu da alınmadıqda dağıdıb məhv ediblər. Təsəvvür edin ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən, dövlət qeydiyyatına alınmış 706 tarixi və mədəniyyət abidəsinin 95 faizinin dağıdıldığı məlum olub. Qədim Azərbaycan torpaqlarında yerləşən Ermənistan ərazisindəki dini və tarixi abidələrimiz də eyni aqibəti yaşayıb. Bununla bağlı UNESCO-ya bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, Ermənistanda yerləşən Göy Məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid ötən əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.

Bundan başqa, yenə də Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral da daxil olmaqla 500-dən çox qəbristanlıq məhv edilib. Vandallığın, barbarlığın son həddidir ki, Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri Şuşadakı Molla Pənah Vaqifin məqbərəsi kimi dağıdılıb. Ermənilərin tarixi irsimizə qarşı yönəlmiş addımları ilə bağlı yüzlərlə, hətta minlərlə belə faktlar sadalamaq mümkündür. Təsadüfi deyil ki, Ermənistan hakimiyyəti UNESCO-nun araşdırıcı missiyasının regiona səfərinə imkan verməyib, hər dəfə müəyyən vasitələrlə ona mane olub.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarımızda ermənilər tərəfindən “özününküləşdirilməyə” cəhd edilmiş qədim Alban-udi abidələri ilə bağlı addımlarına Ermənistanın reaksiyası, məsələyə hətta din xadimlərinin qarışaraq “dini” don geyindirmək cəhdləri də onların yalan və saxtakarlıqlarının üzə çıxmaq qorxusu ilə bağlıdır. Biz həmin din xadimlərinin işğal dövründə əllərində avtomat çəkdirdikləri şəkilləri yaxşı xatırlayırıq.

...Oğurluqla, quldurluqla, yalan və saxtakarlıqla tarix, mədəniyyət yaratmaq mümkün deyil. Əlbəttə ki, bir gün bütün həqiqətlər aydınlanacaq və siz ermənilər mədəniyyətimizə, tarixi irsimizə yönəlmiş cinayətlərinizə görə cavab verəcəksiniz. Hər biri üçün! Şuşada, Qarabağın digər guşələrində nənələrimizin toxuduqları əl əməyi-göz nuru qiymətli xalçalarımıza görə də...

Qaytarın, xalçalarımızı, saxtakar oğrular! Çünki sizin o sənət incilərinə toxunmağa nə insanlıq, nə hüquqi, nə dini, nə də mənəvi baxımdan haqqınız yoxdur! Qaytarın!..