KÖŞƏ

Mahir Rəsuloğlu

Terrorla “qidalanan” Ermənistan...

08 fevral 2022 02:55
1096

Deyəsən ermənilərin başları “dəmir yumruq” üçün darıxıb

Əsrlər boyu özlərini məzlum, haqqı tapdanmış, əzilmiş xalq kimi təqdim edən ermənilər əslində dövlət səviyyəsində dəstəklənən terror “maşınına” malik, həm region ölkələri, həm də bütün dünya üçün potensial terror təhlükəsi yaradan məxluqlardır. Təəccüblü deyil ki, qonşularının demək olar hamısına qarşı əsassız torpaq iddiaları irəli sürən, qondarma soyqırımı “fəlakəti” uyduran əhali və ərazi baxımından kiçik Ermənistan 10-dan artıq terror təşkilatına malikdir. Bəziləri dünyanın fərqli ölkələrində yerləşsələr də bütün erməni terror təşkilatları hər cür cinayətlərlə məşğul olmaqla hələ də “böyük Ermənistan” xülyası ilə fəaliyyət göstərməkdədirlər. 1991-ci ildə Fransada yaradılmış “Erməni azadlıq hərəkatı” (AOD), mənzil-qərargahı Dəməşqdə yerləşən, mindən artıq təlim görmüş döyüşçüyə malik “Erməni gizli azadlıq ordusu” (ASOA), yenə də Fransada 1981-ci ildə yaradılmış və dünyanın müxtəlif hava limanlarında 10-dan cox terror aktı həyata keçirmiş “Orli qrupu”, 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılmış “Erməni soyqırımı ədalət komandosları”, 1988-ci ildən Moskvada fəaliyyət göstərən “Erməni birliyi”, “Geqan”, “Erməni azadlıq cəbhəsi”, “Apostol” və digər təşkilatları birləşdirən ən mühüm məqam isə onların hər birinin ideologiyasında Türkiyə və Azərbaycana qarşı düşmən mövqenin, açıq təhdidlərin yer almasıdır. Ermənilərin düşmən ölkədə və dünyanın müxtəlif yerlərində fəaliyyətdə olan terror təşkilatlarının “mənəvi rəhbəri” isə sözsüz “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” – ASALA-dır. 1975-ci ildə yaradılmış bu təşkilatın məqsədi şərqi Türkiyə, şimali İran, Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “böyük Ermənistan” qurmaqdır. Müxtəlif qolları mövcud olan ASALA eyni zamanda digər erməni terror təşkilatları ilə sıx əməkdaşlıq edir, onlara müxtəlif istiqamətlərdə köməklik göstərir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı və İkinci Qarabağ müharibəsində erməni terror təşkilatları, xüsusilə də ASALA həm birbaşa döyüş əməliyyatlarında, həm də xaricdən muzdlu terrorçuların cəlb edilməsində yaxından iştirak ediblər. Hazırda da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin tərkibində xeyli sayda terrorçuların olduğu ehtimal edilir. Hətta İranın ANAJ nəşrinin yazdığına görə, bugünlərdə Xankəndidə Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarından biri – VOMA (Voxj Mnalu Arvest) silahlı qruplaşmasının nümayəndəliyi açılıb. Məlumatda qeyd olunur ki, VOMA terror təşkilatının “Qarabağ qanadı” 300-ə yaxın erməni və kürd əsilli şəxsi əsasən internet vasitəsilə öz sıralarına cəlb edib. Müxtəlif düşərgələrdə təlim keçmiş həmin terrorçular Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı döyüşüblər.

Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan erməni muzdluların VOMA-ya üzv olduqları bildirilir.

ANAJ yazır ki, təşkilat həm Yerevandan, həm də dünyanın müxtəlif ölkələrindəki erməni diasporundan külli miqdarda maliyyə dəstəyi alır. Onun gözlənildiyi kimi ASALA və PKK ilə sıx əlaqələri var və xüsusilə son iki ildə VOMA Azərbaycana qarşı döyüşmələri üçün davamlı olaraq terrorçular hazırlayıb. Təşkilat rəsmi saytında Ermənistan hökumətindən heç bir yardım almadığını iddia etsə də, bunun yalan olduğunu yazan ANAJ qruplaşmanın Ermənistan hökumətindən ciddi yardım aldığının məlum olduğunu qeyd edir. Bu da bir daha Ermənistanın dövlət səviyyəsində terrora açıq dəstək verdiyini, necə deyərlər, terrorla “qidalandığını” göstərir.

Bildirilir ki, hazırda təşkilata uzun müddət Ermənistan xüsusi xidmət orqanlarında çalışmış, Qarabağ müharibəsində iştirak etmiş Vova Vartanov adlı terrorçu rəhbərlik edir. Özünü Qaregin Njdenin varisi sayan Vartanov erməni diasporunun da imkanlarından yararlanaraq qruplaşmaya davamlı olaraq yeni üzvlər cəlb edir.

VOMA-nın Xankəndi şəhərində nümayəndəliyinin açılması xəbərinin yayılması ilə təxminən eyni vaxtda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinin heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulması diqqət çəkir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 6-ı saat 00:23-dən 02:12-dək baş vermiş təxribat cəhdinə qarşı ordumuz tərəfindən dərhal cavab tədbirləri görülüb, hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur. Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib. Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları müşahidə edilib.
Hadisə bir daha Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabr Bəyanatının 4-cü bəndinin icrasının zəruriliyini gündəmə gətirir. Bəlli olduğu kimi, bu iş Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməli idi. Ancaq deyəsən sülhməramlılar daha çox ermənilərə humanitar xidmət göstərməklə məşğuldurlar və nə üçünsə Xankəndi şəhərində terror təşkiltaının nümayəndəliyinin açılması da nəzərlərindən “yayınıb”. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, əgər ermənilər yenidən baş qaldırmaq istəsələr dərhal başları əziləcək. Belə görünür, erməni terrorçuların başları yenə də “dəmir yumruq” üçün darıxıb...