03 fevral 2022 14:53
1068

“Qarabağ”ın oyununun vaxtı dəyişdirilib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, qarşılaşmalar öncədən planlaşdırıldığı kimi iki günü deyil, üç günü əhatə edəcək.

Buna “Qarabağ” səbəb olub. Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək Ağdam klubu “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə”nin razılıq məktubunu rəhbər tutan qurum “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən 11-nə keçirib.

Qeyd edək ki, cavab görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”

12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

13 fevral (bazar)
18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu