03 fevral 2022 12:33
603

Neymar qayıdır

PSJ-nin zədəli futbolçusu Neymar yaşıl meydanlara qayıtmağa yaxındır. 

“İki sahil” xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 29 yaşlı hücumçu yenidən tibbi müayinədən keçib və durumunun yaxşı olduğu ortaya çıxıb. Ona görə də braziliyalı oyunçu artıq fərdi məşqlərə başlayıb. PSJ-nin məşqçilər korpusu inanır ki, Neymar Çempionlar Liqasının 1/8 finalında "Real" ilə görüşdə meydanda olacaq.

Qeyd edək ki, PSJ "Real"la ilk oyununu fevralın 16-sı evdə, cavab görüşünü isə martın 10-u səfərdə keçirəcək.