03 fevral 2022 11:35
839

Saleh Məmmədov yenidən Həndbol Federasiyasına prezident seçilib

Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra AHF-nin İdarə Heyətinə yeni seçki keçirilib. 2016-cı ildən federasiyanın rəhbəri vəzifəsini icra edən Saleh Məmmədov yenidən qurumun prezidenti seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.