Dieqo Kosta karyerasını Türkiyədə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, İspaniya millisinin sabiq hücumçusu “Fənərbaxça”ya keçə bilər.
33 yaşlı forvardın agenti onu İstanbul klubuna təklif edib. Kosta ilyarmlıq müqavilə imzalamağa razıdır.
Qeyd edək ki, Braziliyanın “Atletiko Mineyro” klubu ilə müqaviləsinə xitam verilən forvard azad agent statusuna malikdir.