03 fevral 2022 01:35
675

Mahir Emreli "Dinamo"da: 4,5 illik müqavilə imzalayıb

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

“İki sahil”  Report-a istinadla xəbər verir ki, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb.

O, artıq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır.