“İki həftə öncə Mahir Emreli ilə danışdım. Detallı olaraq hər şeyi izah etdi”.
“İki sahil” xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, “Legiya” ilə problemlər yaşayan Mahirə AFFA tərəfindən kömək təklif olunub:
“Ona təklif etdim ki, biz də dəstək ola bilərik. Ona hüquqşünasların yardım edə biləcəyini dedim. Milli komandanın üzvüdür və hər zaman yanındayıq. Dedi ki, hər şey nəzarətdədir. Dünən yenə əlaqə saxladılar. Bir də köməyimizi təklif etdik. İlk növbədə, o, klubla problemini həll etməlidir”.
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub