Azərbaycan Premyer Liqasında növbəti mövsümün mümkün formatı müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, assosiasiyanın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Məmmədov bildirib ki, 10 komandalı çempionatda da format eyni olacaq. İcraçı vitse-prezident bununla bağlı PFL prezidenti Ramin Musayevlə də danışıb: “Ramin müəllimlə bu məsələni şifahi danışmışıq. Çox güman ki, 4 dövrəli sistem olacaq. Onun istəyi də budur”.
Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda 4 dövrədə mübarizə aparır.
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub