02 fevral 2022 14:34
881

Futbol İnkişaf Fonduna icraçı direktor təyin olunub

Futbol İnkişaf Fondunun rəhbəri bəlli olub.

“İki sahil” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, assosiasiyanın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında iştirak edib. Məmmədov bildirib ki, Tural Piriyev Futbol İnkişaf Fondunun icraçı direktoru təyin olundu.

Qeyd edək ki, Piriyev bunadək AFFA-nın marketinq şöbəsinin rəhbəri idi.