"Sumqayıt" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əli Qurbani yenidən zədələnib.
Bu, cənubi azərbaycanlı hücumçunun bərpa olunduqdan sonra "Neftçi" ilə Premyer Liqanın VII tur matçına təsadüf edən ilk görüşündə baş verib.
77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Voislav Stankoviçlə toqquşan Qurbani yerdə qalıb. Duzindən xəsarət alan forvard həkimlərin müdaxiləsinə baxmayaraq, oyunu davam etdirə bilməyib.
Nəticədə əvəzlənməli olan Qurbani yerini Səid Rzaya verib.
Qerd edək ki, Əli Qurbani 3 həftəlik zədədən yenicə bərpa olunmuşdu.
"Report"
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar