Futbol üzrə Şimali İrlandiya çempionatında "Qlentoran" və "Kolreyn" komandaları arasında keçirilmiş oyunda insident baş verib.
“İki sahil” xəbər verir ki, meydan sahiblərinin qapıçısı Aaron Makkeri buraxılan qoldan sonra komanda yoldaşı Bobbi Byörnsə hücum çəkib.
Müdafiəçinin sifətinə zərbə endirən 29 yaşlı qolkiper onu yerə yıxıb. Makkerini digər futbolçular sakitləşdiriblər. Təcrübəli qapıçı etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar