İngiltərə polisi "Mançester Siti" və "Börnli" komandaları arasında "Etihad stadionunda" keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.
"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.
Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçilik və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.
Qeyd edək ki, "Mançester Siti" - "Börnli" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar