17 oktyabr 2021 10:46
851

Skautlar Mahir Emrelinin oyununu izləyəcəklər

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Avropa klublarının maraq dairəsinə düşüb.

"İki sahil" "sportowefakty.wp.pl" saytına istinadən xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər.

Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Skautların siyahısında Emreli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.