Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqə turniri davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bürünc medal görüşünə çıxıb. O, üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.
Balabəy Ağayev isə finalda Ramazan Abdulayevlə (Rusiya) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar