Bu gün Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışları start götürüb.
“İki sahil” xəbər verir ki, turnirin birinci günündə tatamiyə çıxan 6 cüdoçumuz - Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov və Rüfət Şovlatov (73 kq) mübarizəni medalsız başa vurub.
Yarışda Azərbaycanı 11 cüdoçu təmsil edir. Oktyabrın 17-dək davam edəcək turnirdə 26 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar