Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ” “Zirə”ni qəbul edib.
“İki sahil” xəbər ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda hesab qonaqlar açıb. “Zirə” qarşılaşmanın 18-ci dəqiqəsində Cəlal Hüseynovun qolu ilə hesabda önə çıxıb.
Ülvi İsgəndərov 79-cu dəqiqədə “Qəbələ”nin bərabərlik qolunu vurub.
Matç bu hesabla da başa çatıb.
16 oktyabr
17:00. “Qəbələ” 1–1 “Zirə”
Qol: Cəlal Hüseynov, 18 (0:1), Ülvi İsgəndərov, 79 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar