17 oktyabr 2021 00:04
768

FIFA Panama Futbol Assosiasiyasını cəzalandırıb

FIFA İntizam Komitəsi Panama Futbol Assosiasiyasını cəzalandırıb. 

“İki sahil” xəbər verir ki, buna milli komanda azarkeşlərinin Kosta-Rika və Meksikaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarında homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub. 

Yığma noyabrın 16-da Salvadora qarşı matçı boş tribunalar önündə keçirəcək. Bundan əlavə, ali futbol qurumu baş verənlərə görə assosiasiyanı 50 min isveçrə frankı məbləğində cərimələyib. 

Panama hər cür ayrı ayrı-seçkiliyi qınadığını və qərardan apellyasiya şikayəti verdiklərini açıqlayıb.