İngiltərənin "Tottenhem" klubunun iki futbolçusu koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, hər iki oyunçu oktyabrın 14-də komanda ilə məşq edib.
Adları açıqlanmayan şəxslər 10 gün karantində qalacaq.
Qeyd edək ki, "Tottenhem" oktyabrın 17-də İngiltərə Premyer Liqasının VIII turunda "Nyukasl"ın qonağı olacaq. London təmsilçisi oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Niderlandda "Vitess"lə üz-üzə gələcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar