15 oktyabr 2021 17:15
790

"Mançester Siti"nin hücumçusu 3 ay oynamayacaq

İngiltərənin "Mançester Siti" klubunun zədəli futbolçusu Ferran Torresin durumuna aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib.

50 yaşlı mütəxəssis ispaniyalı hücumçunun ayağı sındığı üçün 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Baş məşqçi Aleksandr Zinçenko və İlkay Gündoğanın isə sağaldıqlarını söyləyib.