14 oktyabr 2021 12:04
779

Monteneqro - Azərbaycan matçının hakimləri açıqlanıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının səfərdə Monteneqroya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

“İki sahil” xəbər verir ki, oktyabrın 21-də Podqoritsada keçiriləcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kristina Georgievaya Yekaterina Marinova və Pavleta Raşkova yan xətt, Kristiyana Quteva isə dördüncü hakim qismində yardımçı olacaq.